Bəs tələbatı tələbə çevirmək mümkündür mü?
Yeni biznesə başlayarkən ilk verilən suallardan biri "bu insanlara lazımdır mı?" olur. Bəli, bu "tələbat"ın sualıdır. Bəs tutaq ki, insanların bu məhsula və yaxud servisə həqiqətən ehtiyacı var, amma bunun qarşılığında sizə verə biləcəkləri sizi qane etmir, onda necə? Bir filmdə deyildiyi kimi,"dönərin ən böyük müştərisi pişiklərdir, amma pulları yoxdur."
Bu məsələni aydınlaşdırmaq üçün nəzəri fikirlər yerinə sizə real - əslində hər kəs üçün faydalı, amma bir çoxları tərəfindən "camaatı aldadırlar" deyə qiymətləndirilən bir nümunə göstərəcəyəm.
Bir neçə il bundan əvvələ qədər Azərbaycanın ucqar, şəhərə əli asan çatmayan kəndlərində əhalinin çox hissəsi güzəranını öz təsərrüfatlarının məhsulu ilə təmin edirdi. Belə kəndlər indi də var, amma əvvəlki illərlə müqayisədə çox azdır. Ona görə də hadisəni keçmiş zamanda izah edəcəyəm. Bu tip kəndlərin əhalisi duz, çay kimi ərzaqları və qeyri-ərzaq məshullarını rayonların mərkəzlərindən və ya kiçik kənd dükanlarından alırdılar, təbii ki bir qədər baha qiymətə. Alış-veriş üçün pulu isə öz məhsullarını şəhərdən gələn "alverçilərə" ucuz qiymətə sataraq əldə edirdilər. Aşağıda situasiyanı konkret formada izah edəcəyəm.
Tutaq ki, toyuq saxlayan kəndliyə vedrə lazımdır. Kəndlinin həyətindəki toyuğu şəhərdən gələn alverçi 5 AZNə alır və daha baha (məsələn 10 AZN) satmaq üçün Bakıya aparır. Rayon mərkəzində isə kəndlinin ehtiyacı olan vedrə 10 AZN, daha kiçik və az yararlı vedrə isə 5 AZNdir. Deməli, kəndlinin tələbatı böyük vedrə, tələbi isə kiçik vedrə idi və məcburiyyətdən kiçik vedrəni alır. Nəticə belə olur:
Kəndli: bir toyuq satıb əvəzinə kiçik bir vedrə alır. Tələbatını ödəyə bilmir.
Alverçi: 10 AZN - 5 AZN = 5 AZN mənfəət əldə edir.
Bir müddət sonra toyuq alverçisi olan şəxs kəndlinin vedrə ehtiyacını anlayır. Və öz biznesinin formasını bir qədər dəyişir: Rayon mərkəzində 10 AZNə satılan vedrəni şəhərdə ucuz satıldığı bir yerdən (adətən Binə bazarından) 3 AZNə alır. Və onu kəndə gətirərək kəndliyə toyuq qarşılığında təklif edir. Artıq böyük vedrə kəndlinin tələbatı yox, tələbidir. Toyuğu yenə eyni qaydada aparıb Bakıda satır. Bu alış verişin nəticəsi isə belə olur:
Kəndli: bir toyuq verib əvəzinə böyük bir vedrə alır. Tələbatını ödəyir. Başqa sözlə 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN - 3 AZN = 7 AZN mənfəət əldə edir.
Göründüyü kimi hər iki tərəf əvvəlkindən daha çox qazanmış oldu. Və kəndlinin tələbatı tələbə çevrildi. Ola bilər ki, bütün məhsulların Binə bazarı ilə rayondakı qiymət fərqi bu biznesə uyğun olmasın. Amma bu biznes faktiki olaraq uzun illər işləyirdi və bəlkə bəzi regionlarda hələ də davam edir. O alverçilər bəlkə heç özləri də bilmədən bu cür uzun uzadı izah tələb edən bir şeyə - tələbatı tələbə çevirməyə nail olublar.
Nəticə: Tələbat üzə çıxarılması mümkün olan gizli tələbdir.
Əgər yazının bu qədər hissəsi sizə kifayət etdisə, oxumağı dayandıra bilərsiniz. Amma davam etsəniz başqa bir faktla üzləşəcəksiniz.
Əgər yazının bu qədər hissəsi sizə kifayət etdisə, oxumağı dayandıra bilərsiniz. Amma davam etsəniz başqa bir faktla üzləşəcəksiniz.
Bəs bu biznes bazarda və ya iqtisadiyyatda nə kimi dəyişiklik yaratdı? Çox dərinə getmədən, səthi də olsa bunu ssenariyə daha iki oyunçunu əlavə etməklə axtarmağa çalışaq: rayon mərkəzində vedrə satan şəxs və Bakıda vedrə satan şəxs.
Adi situasiyada vəziyyət necə olur:
Kəndli: bir toyuq verib əvəzinə kiçik bir vedrə alır.
Alverçi: 10 AZN - 5 AZN = 5 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 5 AZN mənfəət qazanır. **
Bakıda vedrə satan: 0 AZN mənfəət qazanır.
Cəmi mənfəət: 10 AZN
Tələbat tələbə çevrildikdən sonra isə:
Kəndli: .... 5 AZN mənfəət qazanmış olur. *
Alverçi: 10 AZN - 3 AZN = 7 AZN mənfəət əldə edir.
Rayonda vedrə satan: 0 AZN mənfəət əldə edir.
Bakıda vedrə satan: 3 AZN mənfəət əldə edir. ***
Cəmi mənfəət: 15 AZN
Aradakı 5 AZN mənfəət fərqi tələbatın tələbə çevrilməsi ilə yaranan qazancdır. Başqa sözlə kəndli üçün kiçik vedrə ilə böyük vedrə arasındakı dəyər fərqidir. Əslində isə rayon bazarında vedrə satan şəxs biz almasaq belə o vedrəni başqasına satacaq, Bakıdakı isə biz ondan aldığımız üçün başqa kimsəyə sata bilməyəcək və s. Ona görə də dərinə getdikcə anlaşılır ki, faktiki olaraq iqtisadiyyatda heç bir dəyişiklik olmayıb, qısacası, toplananlarn yerini dəyişəndə cəm dəyişməz. Amma hadisəyə alverçi və kəndlinin nəzərindən yanaşdıqda bu çox əlverişli bir yerdəyişmədir.
Qeydlər:
* Kəndli üçün vedrələrin qiyməti rayon bazarındakı qiymətdir. Dünən əgər bir toyuğa 5 AZNlik vedrə ala bilirdisə, bu gün 10 AZNlik vedrə aldı, yəni toyuğunu 5 AZN baha satmış oldu.
** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o "xərc" başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir.
*** Hesablama aydın olsun deyə vedrənin xərci 0 olaraq götürülüb. Amma onsuz da vedrə kimdənsə alınıb və o "xərc" başqa kimsələrin mənfəətlərindən ibarətdir. Ona görə də yekun nəticə dəyişmir.
Yazıda anlaşılmaz qalan hər hansı hissə barədə sual verə bilərsiniz.
Müzəffər Abasov, 11.01.2016
Madaqaskarda (Şərqi Afrika) yaşayıram və həyat mənim üçün və ailəm üçün indi rahat yaşamağa dəyər və həqiqətən övladımın tapdığı qədər ciddi bir problem yaşadığım üçün ömrüm boyu mənə göstərilən yaxşılığı görməmişəm. iki həftə davam edən dəhşətli qəza və həkimlər onun yenidən gəzə bilməsi üçün incə bir əməliyyat keçirməsi lazım olduğunu və hesabları ödəyə bilmədiyimi söylədikdən sonra əməliyyatınız banka getdi və borc verdiyimi söyləyərək məni rədd etdi kredit kartı yoxdu, oradan atama qaçdım və kömək edə bilmədi, yahoo cavablarına baxarkən kredit borc verən cənab Benjamin Breil Lee ilə əlçatan faiz dərəcəsində kreditlər təklif etdiyimə rast gəldim. lakin buna bir cəhd göstərmək və təəccüblü bir şəkildə hamısı xəyal kimi idi, oğlumun əməliyyatı üçün pul ödəmək üçün 110,000.00 dollar borc aldım, sonra özümə də getməyimə kömək edəcək rahat bir iş tapdım. Allaha şükür edirəm ki, bu gün yaxşıdır və gəzə bilirsən, işləyirsən və yük mənim üzərimdə daha çoxdur və yaxşı qidalandıra bilərik və ailəm bu gün xoşbəxtdir və öz-özümə möcüzələr dünyasında ucadan yas tutacağımı söylədim Tanrının mənə verdiyi bu Tanrı vasitəsilə borc verən cənab Benjamin Breil Lee və həqiqi və ciddi borc ehtiyacı olan hər kəsə bu Allahdan qorxan adamla əlaqə saxlamağı tövsiyə edirəm
ReplyDelete...... vasitəsilə 247officedept@gmail.com. Və hamınızdan bu adam üçün mənim üçün dua etməyinizi və ya + 1-989-394-3740 whatsapp-da onunla söhbət etməyinizi istəyirəm.
Çox sağ ol