Heckscher-Ohlin teoreminə görə, bir ölkə hansısa istehsal amilinə görə üstünlüyü varsa, istehsalda həmin amildən daha çox istifadə etdiyinə görə mütləq və ya müqayisəli üstünlüyə malik olar. Hər hansı məhsulu daha ucuza istehsal etdiyindən həmin sahə üzrə ixtisaslaşar və ixtisaslaşdığı sahə üzrə məhsul ixrac edər, digərlərini isə idxal edər. Bu nəzəriyyədə məntiqi cəhətdən heç bir səhv yoxdur.
Ancaq Leontiefin ABŞ-ın xarici ticarəti ilə bağlı araşdırması tam fərqli nəticələri ortaya çıxardı. Belə ki, Leontief ABŞ-ın bütün xarici ticarətini təhlil edərək idxalda və ixracda mühüm rola malik olan məhsullara xərclənən əmək və kapitalı hesabladı
Alınan nəticə isə ABŞ-ın daha çox əmək tələb edən malları ixrac etdiyini, kapital yönümlü malları isə idxal etdiyi məlum oldu, amma həmin araşdırmanın həyata keçirildiyi vaxtlarda ABŞ dünyada ən zəngin kapitala malik olan ölkə idi( yəni həm müqayisəli həm də mütləq üstünlüyə sahib idi) və Heckscher-Ohlin teoreminə görə kapital yönümlü malları ixrac etməli idi ( amma etmirdi tam əksi) və bu hadisəyə iqtisadiyyatda Leontief paradoksu deyilir.
No comments:
Post a Comment