Postsovet ölkələri 20-ci əsrin 90cı illərində müstəqillik əldə etsələrdə, iqtisadi cəhətdən hələ də Rusiyadan asılıdı vəziyyətdədirlər, Azərbaycan da daxil olmaqla. İstər idxal istərsə də ixrac baxımından Azərbaycanın Rusiyadan müəyyən bir səviyyədə asılılığı var. Regionda hegemonluğu olan bir dövlətin ( həmçinin iqtisadi hegemonluq) iqtisadiyyatında baş verən "çalxalanma" əlbəttə ki, Azərbaycana da təsir etməlidir. Rusiya ölkənin əsas ixrac bazarı olduğu üçün rus rublu devalvasiyaya məruz qalarkən , manatın dəyər itirməməsi Azərbaycan məhsullarının Rusiya bazarında baha qiymətə satılmasına səbəb olur. Təkcə bu səbəbdən ( rus rublu dollar qarşısında devalvasiya olarkən, manatın sabit qalması) ötən ilin 3cü və 4cü rübləri arasında ixracın 33% azalmasına səbəb olmuşdur. Onsuz da ixracda qeyri-neft sektoru cəmi 5% faiz təşkil edirdisə, bu proseslər nəticəsində bu rəqəm bir qədər də azalmağa doğru gedirdi. və bunlara cavab olaraq və ya onların dili ilə desək "ölkə iqtisadiyyatını şaxələndirmək üçün" devalvasiya məcburi bir addım idi.
Digər tərəfdən hökumətin bu ilki planına əsasən Neft Fondundan 15 milyard dollar xərcləmə nəzərdə tutulur. Ancaq neftin barreli 50 dollara bərabər olduğu halda fondun gəlirlər ötən ilki rəqəmdən (16.3 milyard) dəfələrlə aşağı olacaq (4.7 milyard) (Mənbə:Qubad İbadoğlu,Tipik-İqtisadçı Ekspert) Onsuz da gəlirinin bir hissəsindən məhrum olmuş dövlət, manatın məzənnəsini stabil saxlamaq üçün istifadə etdiyi "xərclərdən" də xilas olmalı idi. ( belə ki , ötən ilin dekabr ayında Mərkəzi Bank manatın dəyərini qorumaq üçün rezervin 8 faizini yəni 1.2 milyard dollar pul xərcləyib)
Manatın devalvasiyası nəzəriyyə baxımından ixracı artırmalıdır,necə ki Türkiyə və Çin öz valyutalarını devalvasiya edərək ixraclarını artırıblar. İxrac bizdə artacaq mı bu əsas sualdır
Amma dəqiq olan bir şey var, istər qida məhsulları istərsə də elektrotexnika, iynədən təyyarəyədək hər şeyi idxal edən bir ölkə üçün devalvasiya etmək çox təhlükəlidir. Qiymət bahalaşması və ya proqnoz edilən inflyasiya dərəcəsi üstəgəl süni qiymət artımı, yanvar ayından qüvvəyə minən yeni vergilər həmçinin artırılan vergilər bütün bunların qarışığının nə verəcəyi çox maraqlıdır. Proqnoz etmək çətindir, Azərbaycan iqtisadiyyatı üçünsə demək olar ki, mümkün deyil, Özünüz düşünün gecə yatırsız, səhər duranda valyuta 34% devalvasiya edib :)
No comments:
Post a Comment